İsveçrə polisi Yeni il gecəsi xizək kurortundakı barda baş verən yanğın zamanı dünyasını dəyişən ilk dörd nəfərin kimliyini müəyyən edib.

Postxronika.az xəbər verir ki, Vale kanton polisinin yaydığı məlumata istinadən, 21 və 16 yaşlı iki qadın, həmçinin 18 və 16 yaşlı iki kişi olmaqla, İsveçrə vətəndaşı olan mərhumların nəşi ailələrinə təhvil verilib.

Zabitlər və Məhkəmə Tibbi Ekspertizası İnstitutunun apardığı genişmiqyaslı araşdırmalar nəticəsində şəxsiyyətlərin dəqiqləşdirilməsi mümkün olub.

Digər qurbanların tanınması üzrə ekspertiza işlərinin davam etdiyi bildirilir. Rəsmi qurumlar ailələrin kədərinə hörmət əlaməti olaraq ictimaiyyətə əlavə açıqlama verilməyəcəyini vurğulayıb.