Türkiyə hökuməti azyaşlıların rəqəmsal təhlükəsizliyini qorumaq məqsədilə 15 yaşdan aşağı vətəndaşların sosial media və oyun platformalarına girişini məhdudlaşdırmaq qərarına gəlib. 


Postxronika.az "Nuhçıxan"a istinadən xəbər verir ki, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu yeniliyin 2026-cı ilin yanvar ayının sonundan etibarən qüvvəyə minəcəyini açıqlayıb. Yeni qaydalara əsasən, platformalara daxil olarkən şəxsiyyət vəsiqəsinin nömrəsi vasitəsilə mütləq identifikasiya tələb olunacaqdır. 


Nazir uşaqların "kommersiya obyekti"nə çevrilməsinin qarşısını almağı və internet asılılığının təhsilə mənfi təsirlərini minimuma endirməyi hədəflədiklərini bildirib. Mütəxəssislər bu addımı yeniyetmələrin psixi sağlamlığını stress və digər onlayn risklərdən qorumaq üçün mühüm təşəbbüs kimi qiymətləndirirlər. 


Məktəblilərin virtual asılılıqdan xilası üçün tətbiq edilən bu qanun ölkənin rəqəmsal siyasətində yeni mərhələ hesab olunur.