Sosial mediada Venesuelanın hazırkı prezidenti Nikolas Maduro ilə bağlı iddialar gündəmə gəlib. Belə ki, onun guya oğurlandıqdan sonra çəkildiyi deyilən bir foto müxtəlif platformalarda sürətlə yayılaraq geniş rezonans doğurub.

Postxronika.az xəbər verir ki, paylaşılan görüntü qısa müddətdə çoxlu istifadəçi tərəfindən müzakirə edilsə də, fotonun harada və hansı şəraitdə çəkildiyi barədə dəqiq məlumat yoxdur. Hazırda yayılan iddiaların doğruluğu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Məsələ ilə bağlı etibarlı mənbələrdən hər hansı açıqlama verildiyi təqdirdə, əlavə məlumatların paylaşılacağı bildirilir.