Donald Trampın Venesueladan sonra Qrenlandiya istiqamətlənib. Dövlət başçısı ABŞ-nin Arktika ərazisini ələ keçirməsi çağırışlarını yeniləyib.

Postxronika.az xəbər verir ki, ABŞ prezidenti bazar günü Qrenlandiyaya "ehtiyac olduğunu" deyib. Bu, ABŞ, Qrenlandiya və Danimarka arasında gərginliyi artırıb.

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığının bir hissəsidir. Danimarka əvvəllər onu müstəmləkə kimi idarə edib. İndi də xarici və təhlükəsizlik siyasətinə nəzarət edir.

Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-nin NATO müttəfiqinə bu halda Danimarkanın bir hissəsi olan Qrenlandiyaya hücumunun ittifaqın sonu demək olacağını söyləyib.

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Trampı “ilhaq haqqındakı fantaziyalarından” əl çəkməyə çağırıb. Avropa liderləri də “Qrenlandiya öz xalqına məxsusdur”, – deyərək Danimarka və Qrenlandiyanı dəstəkləyib.