İngiltərədə
pandemiya dövründə poeziyaya başlayan şəxsə “dövlət şairi” titulu verilib.
Postxronik.az xəbər verir ki, əməliyyatxana
köməkçisi Stiven Bitti pandemiyə dövründə yazmağa başlayıb. O, Covid-19 dönəmində
işlədiyi xəstəxanada ağır stress yaşayıb. Bir müddət sonra ailə həkiminin məsləhəti
ilə psixi sağlamlığını qorumaq üçün bu yolu seçib.
Qeyd
edək ki, o, məktəb illərindən bəri yaradıcılıqla məşğul olsa da, poeziyası məhz
Covid-19 dövründə fərqlilik qazanıb. Bu yeniliklə yazılarında ənənəvi struktura
tabe olmayan Bitti özünü “qanunsuz şair” adlandırıb.