Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi ara-sıra güclənəcək.

Postxronika.az xəbər verir ki, gecə havanın temperaturu 0-2° isti, gündüz isə 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70%, gündüz isə 50-60% təşkil edəcək.

Azərbaycanın digər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə isə dumanın olacağı gözlənilir. Mülayim qərb küləyi bəzi yerlərdə ara-sıra güclənəcək.