İsrail ordusunun Qəzzada  apardığı hücumlarda həyatını itirənlərin sayı son 24 saata 2 nəfər artaraq 71 384-ə yüksəlib.

Postxronika.az xəbər verir ki, son 24 saatda 3 nəfərin cəsədi dağıntı altından çıxarılıb, 18 nəfər yaralı olaraq xəstəxanaya çatdırılıb.

Atəşkəsin qüvvəyə mindiyi dövrdə isə 418 nəfər ölüb, 1 171 nəfər yaralanıb, 684 nəfərin cəsədi enkaz altından çıxarılıb.

Hücumlarda həyatını itirənlərin statistikasına, məlumatları tamamlanıb və   komitə tərəfindən təsdiqlənmiş 110 nəfər də əlavə olunub.

Qeyd edək ki, atəşkəsə baxmayaraq, İsrail ordusu bölgədə hücumlarını davam etdirir.