İranın Xarici İşlər naziri Donald Trampın açıqlamasına cavab verib.
Postxronika.az
xəbər verir
ki, məsələ İranda gedən etirazlarla bağlıdır. Tramp Tehrandakı aksiya nümayəndələrinə
zərər veriləcəyi təqdirdə müdaxilə edəcəyini bildirib. ABŞ prezidenti sosial
media hesabında “Hərəkətə keçməyə hazırıq” ifadələrini işlədib.
İranın
xarici işlər naziri Abbas Əraqçi buna cavab olaraq əgər ABŞ-nin müdaxiləsi
olarsa, “hara nişan alacaqlarını bildiyini” vurğulayıb.
Qeyd edək ki, bir həftə davam edən etirazlar zamanı azı səkkiz nəfərin həlak olduğu bildirilib.