Ukrayna və ABŞ Baş Qərargahları səviyyəsində dörd bölmədən ibarət hərbi sənəd razılaşdırılıb.
Postxronika.az xəbər verir ki, Baş Qərargah rəisi Andrey Qnatovun sözlərinə görə, sənəd Ukrayna Silahlı Qüvvələrinin təminatı, bərpası və modernləşdirilməsini, razılaşmaların izlənməsini və pozuntulara reaksiyanı əhatə edir.
Qnatov həmçinin vurğulayıb ki, bu sənəd ikitərəfli xarakter daşıyır və digər tərəfdaş ölkələrlə oxşar işlər davam etdirilir.