İspaniya La Liqasının 18-ci turunda ‘’Valensiya’’ ‘’Selta Viqo’’nun qonağı olub. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.


33-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Borxe İqlesias 59-cu dəqiqədə də fərqlənərək meydan sahiblərinin üstünlüyünü 2 topa çatdırıb.


Qonaqları ümidləndirən qolun müəllifi isə 70-ci dəqiqədə Pepelu olub.


‘’Selta Viqo’’ 83-cü dəqiqədə El Abdellauinin, 4-cü uzatma dəqiqəsində isə Huqo Alvarezin qolları ilə qələbəni təmin edib.




Qeyd edək ki, aktivinə 3 xal yazdıran ‘’Selta Viqo’’ 18 oyundan sonra 26 xalla 7-ci, ‘’Valensiya’’ isə 16 xalla 17-ci pillədədir. 




Ayaz Zeynalzadə