NASA 50 ildən sonra ilk insanlı Ay uçuşuna hazırlaşır.  Belə ki, onlar kosmos kostyumlarını geyinib, kapsula girib-çıxma və yoxlamaları təkrarlayıblar. Bildirək ki, bu sınaq günü hər şeyin problemsiz getməsini təmin etmək üçündür.

Postxronika.az xəbər verir ki, Missiya 5 fevral 2026-cı il tarixində baş tutacaq. Tapşırıq astronotları Ay ətrafında uçacaq, amma səthinə enməyəcəklər. Bu uçuş gələcək missiyalar üçün önəmli təcrübə olacaq.

Qeyd edək ki, Artemis 2, Apollo 17-dən sonra insanlı uçuşlarla Ay ətrafına gedən ilk missiya olacaq. Artemis 3 isə gələcəkdə astronotları Ay səthinə endirməyi planlaşdırır.