Marvelin "Qış Əsgəri" kimi tanınan ulduz aktyoru Sebastian Sten, rejissor Matt Rivz'in çoxdan gözlənilən "Betmen 2" layihəsində rol alacaq.
Postxronika.az xəbər verir ki, bu transfer Hollivudda və xüsusilə DC kainatının həvəskarları arasında böyük maraq doğurub. Robert Pattinsonun baş rolda çıxış etdiyi filmdə Stenin bir antaqonist (mənfi obraz) kimi çıxış edəcəyi bildirilir.
DC azarkeşlərini həyəcanlandıran əsas məqam Stenin canlandıracağı obrazın xüsusiyyətləridir. Belə ki, o, Betmenə tamamilə zidd xarakterə malik, Qotam şəhərinin qaranlıq dünyasında qəhrəmanın metodlarını və iradəsini sınağa çəkəcək bir rəqib kimi təqdim olunacaq. Mütəxəssislər aktyorun dramatik rollardakı bacarığını nəzərə alaraq, onun Rivzin yaratdığı realistik və sərt atmosferə yeni bir nəfəs gətirəcəyini proqnozlaşdırırlar.
Çəkilişlərinə 2026-cı ilin ortalarında başlanılması planlaşdırılan film, DC-nin "Elseworlds" (alternativ kainat) xəttini daha da genişləndirəcək. Sebastian Stenin heyətə daxil olması ilə bağlı rəsmi detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.