ABŞ Prezidenti Donald Tramp Nikolas Maduronun ələ keçirilməsindən sonra Venesuelanın neft infrastrukturunu bərpa edəcəklərini və ölkəni müvəqqəti olaraq Vaşinqtonun idarə edəcəyini bəyan edib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı vitse-prezident Delfi Rodrigeslə əməkdaşlığa başladıqlarını və dövlət katibi Marko Rubionun onunla mühüm danışıqlar apardığını bildirib.
Tramp həmçinin neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün bölgəyə hərbi qüvvələrin yerləşdiriləcəyini və əldə olunan gəlirlərin ABŞ-nin çəkdiyi zərərin ödənilməsinə yönəldiləcəyini vurğulayıb. Demokratlar isə administrasiyanı Konqresə yalan məlumat verməkdə və icazəsiz hərbi əməliyyat keçirməkdə ittiham edərək təcili izahat tələb ediblər.
Kolumbiya prezidentinə qarşı sərt xəbərdarlıq edən Ağ Ev rəhbəri narkotik ticarəti ilə bağlı ittihamlarını da yeniləyib. Nyu-Yorka aparılan Maduronun yaxın saatlarda narkotik və silah qaçaqmalçılığı maddələri ilə məhkəmə qarşısına çıxarılması gözlənilir.