ABŞ Prezidenti Donald Trampın son bəyanatları və Venesuelada eşidilən partlayışlar Cənubi Amerikada yeni bir dövrün başladığından xəbər verir.
Postxronika.az “Qafqazinfoya”istinadən xəbər verir ki, Tramp keçirdiyi mətbuat konfransında Kolumbiya Prezidenti Qustavo Petronu birbaşa kokain istehsalında və bu maddəni ABŞ-yə göndərməkdə ittiham edərək, ona "diqqətli ol" xəbərdarlığını edib. Eyni zamanda, bu gün yerli vaxtla saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlar və təyyarə səslərindən sonra rəsmi Vaşinqton Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyata başlandığını elan edib. Tramp artıq Maduro və həyat yoldaşının ölkədən təxliyə edildiyini bildirsə də, Venesuela hökuməti ABŞ-ni mülki və hərbi obyektlərə hücumda günahlandırır. ABŞ-ın baş prokuroru Pam Bondi isə Maduronun narkoterrorizm və ağır silah saxlama kimi ciddi maddələrlə ittiham olunduğunu rəsmən açıqlayıb.