İspaniya taxt-tacının 20 yaşlı varisi, hazırda hərbi təhsil alan Şahzadə Leonorun adı beynəlxalq miqyaslı rəqəmsal dələduzluq qalmaqalında hallanır.
Postxronika.az xəbər verir ki, naməlum şəxslər sosial şəbəkələrdə şahzadənin və onun rəhbərlik etdiyi "Asturias Şahzadəsi Fondu"nun adından saxta hesablar açaraq vətəndaşlardan qanunsuz ianələr tələb ediblər. Hətta bəzi hallarda süni intellekt texnologiyasından istifadə edilərək Leonorun səsini və simasını təqlid edən videolarla insanların etibarından sui-istifadə olunub.
Fond rəsmiləri dərhal bəyanat yayaraq kral ailəsinin heç vaxt sosial media vasitəsilə maddi yardım istəmədiyini və bu cür müraciətlərin tamamilə saxta olduğunu bildiriblər. İspaniya polisi faktla bağlı genişmiqyaslı araşdırmaya başlayıb və rəsmi kanallar vasitəsilə ictimaiyyəti kiber-təhdidlərə qarşı ayıq-sayıq olmağa çağırıb.
Şahzadənin populyarlığından istifadə edən bəzi şirkətlər isə onun hər