CEV Qadınlar Çempionlar Liqasının B qrupunda mübarizə aparan "Fənərbaxça Medicana" növbəti qələbəsini qazanıb. 


Postxronika.az xəbər verir ki, təmsilçimiz Polşada keçirilən III tur matçında yerli "PGE Budowlani" komandasını 3:0 hesabı ilə darmadağın edib. 


Lodz Sport Arena-da baş tutan qarşılaşmada sarı-lacıvərtlər rəqibini 25-16, 25-20 və 25-11 xallıq setlərlə üstələyiblər.

Qeyd edək ki, "Fənərbaxça" daha əvvəl Portuqaliyanın "Benfika" və İtaliyanın "İqor Qorqonzola" klublarını da eyni hesabla məğlub etmişdi. 


Beləliklə, ardıcıl üçüncü qalibiyyətini əldə edən İstanbul klubu qrupdakı liderliyini qoruyub. Komandamız turnirdə hələ ki, rəqiblərinə set vermədən inamla irəliləyir.