Paytaxtın Sabunçu və Yasamal rayonlarında yerləşən evlərdən oğurluq edilib.

Postxronika.az xəbər verir ki, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov tutularaq istintaqa təqdim edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər evlərdə heç kimin olmadığını əvvəlcədən dəqiqləşdirdikdən sonra talama cinayətini həyata keçiriblər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.