Məhəmməd Baqir Zülqədr İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Postxronika.az "NourNews"a istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiya və informasiya şöbəsinin direktor müavini Seyid Mehdi Təbatəbai bildirib.
Məlumatda bildirilib ki, o, əvvəllər Sepah komandirlərindən olub. Habelə Silahlı Qüvvələrin Baş Qərargahının Bəsic üzrə keçmiş müavini, 2012-2020-ci illərdə isə məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb.