Türkiyə Super Kubokunun yarımfinalında ‘’Fənərbaxça’’ və ‘’Samsunspor’’ üz-üzə gəlib.

Görüş ‘’sarı-mavilər’’in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
4-cü dəqiqədə qol vuran Kərəm Aktürkoğlu komandasını erkən qola sevindirib. 2-ci qolun müəllifi isə 67-ci dəqiqədə Con Duran olub. 
‘’Samsunspor’’ 78-ci dəqiqədə Antonyo Makumbonun qırmızı alması ilə meydanda azlıqda qalıb.
Qeyd edək ki, ‘’Fənərbaxça’’ finalda ‘’Qalatasaray’’ la qarşılaşacaq.

Ayaz Zeynalzadə