Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) casusluqda ittiham olunan Britaniya səfirliyinin ikinci katibi Albertus Janse Van Rensburqun akkreditasiyasını ləğv edərək ona ölkəni tərk etmək üçün iki həftə vaxt verib.

Postxronika.az xəbər verir ki, diplomatın kəşfiyyat və təxribat fəaliyyəti ilə məşğul olduğuna dair təkzibolunmaz sübutlar aşkar edilib. Rəsmi məlumata görə, sözügedən şəxs ölkəyə giriş icazəsi alarkən qəsdən yanlış məlumatlar təqdim edərək qanunvericiliyi pozub.

Eyni zamanda, ingilis nümayəndənin iqtisadi ekspertlərlə görüşlər zamanı məxfi məlumatları əldə etməyə çalışdığı sənədləşdirilib. Xarici İşlər Nazirliyinin qərarı ilə o, 14 gün ərzində Rusiyanı tərk etməlidir. FTX vətəndaşlara xarici xüsusi xidmət orqanlarının təhdidlərindən qorunmaq üçün Britaniya diplomatları ilə icazəsiz təmaslardan çəkinməyi tövsiyə edib.