Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin məhv edildiyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, sözügedən hərbi hədəf Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən sıradan çıxarılıb. Nazirlikdən verilən rəsmi bəyanatda qeyd olunub ki, dövlətin ərazi bütövlüyünə və təhlükəsizliyinə yönələn istənilən təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə görülür.
Məlumatda həmçinin vurğulanıb ki, bölgədə cərəyan edən bütün proseslər milli təhlükəsizlik maraqları çərçivəsində yaxından izlənilir. Türkiyə tərəfi ölkə sərhədlərini qorumaq üçün tərəddüd etmədən addım atacağını bir daha bəyan edib. Hazırda hadisənin detalları və regiondakı vəziyyət hərbi qurumların diqqət mərkəzindədir.