ANAMA əməkdaşı Elnur Rüstəmovun idarə etdiyi yük maşını rayon ərazisində yoldan çıxaraq aşıb.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi məlumat yayıb.
Xocalıda baş verən qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.