Çempionluq yarışını davam etdirən "Qalatasaray" yeni mövsüm üçün heyətini gücləndirməyi planlayır. "Sarı-qırmızılı" komanda sağ cinah müdafiəçi mövqeyi üçün İngiltərədə "Birmingem Siti" komandasında oynayan nigeriyalı Brayt Osayi-Samuellə maraqlanır.
Postxronika.az xəbər verir ki, "Middlesbrough" səfər oyununda 3-1 hesablı məğlubiyyətdən sonra ağır tənqidlərə məruz qalan Osayi-Samuel matçdan bəri start heyətində yer tapa bilməyib. Bu vəziyyətdən sonra təcrübəli oyunçu komandadan ayrılmaq qərarına gəlib.
Roland Sallai bu mövsüm "Qalatasaray"da tez-tez sağ cinah müdafiəçisi kimi oynasa da, rəhbərlik Wilfried Singo üçün alınan ciddi transfer təklifləri səbəbindən bu mövqedə alternativ adları qiymətləndirməyə başlayıb.