Daxili işlər orqanları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində martın 30-da qanunsuz dövriyyədən ümumi çəkisi 64,2 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.

Postxronika.az DİN-in Mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, müsadirə edilən maddələrin əsas hissəsini 58,1 kiloqrama yaxın marixuana təşkil edib.

​Əməliyyat zamanı həmçinin 4,6 kiloqramdan çox həşiş, 1,1 kiloqrama yaxın tiryək, 400 qramdan artıq heroin və metamfetamin aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri hazırda da davam etdirilir.