Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq qanunvericilik aktının tətbiqi ilə bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, qanunvericilikdə qeyd olunan "orqan (qurum)" anlayışının konkret hansı dövlət qurumuna aid olduğu dəqiqləşdirilib.
Postxronika.az xəbər verir ki, dövlət başçısının 31 mart 2026-cı il tarixində imzaladığı sənədə əsasən, müvafiq sənədin bir sıra maddə, hissə və bəndlərində “orqan (qurum)” dedikdə məhz Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulacaq.
Sənədə əsasən, faktiki olaraq aşağıdakı maddə və bəndlərdə qeyd edilən səlahiyyətlər Əqli Mülkiyyət Agentliyinə aid edilir:
Birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində;
28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” və “b” bəndlərində;
28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, “a”, “b” və “c” bəndlərində;
28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda);
29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasının birinci cümləsində və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 9-cu hissəsinin birinci abzasında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində, üçüncü və dördüncü abzaslarında;
30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində;
32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində;
33-cü maddəsinin 1-ci hissəsinin birinci–üçüncü abzaslarında;
35-ci maddəsinin 1-ci hissəsində və 2-ci hissəsinin birinci və ikinci abzaslarında;
36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində;
37-1-ci maddəsinin 1-ci hissəsinin “a” bəndində və 3-cü hissəsinin birinci cümləsində;
37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “b” bəndində və 3-cü hissəsinin birinci cümləsində;
38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (birinci halda) və 41-ci maddəsinin birinci–üçüncü hissələrində.