Baş məşqçi Eddi Hounun "Nyukasl"dakı gələcəyi şübhə altındadır. Klub rəhbərliyi ilə 48 yaşlı mütəxəssis arasında komandanın yay inkişaf və transfer strategiyasına dair müzakirələr aparılıb.
Postxronika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Əgər komanda Avropa kuboklarına vəsiqə qazana bilməsə, ingilis çalışdırıcı mövsümün sonunda vəzifəsini tərk edə bilər. Rəhbərlik büdcənin məhdudluğu səbəbindən heyətin ciddi şəkildə gücləndirilməyəcəyini bildirdiyi üçün o, bu vəziyyətdən son dərəcə narazı qalıb. Hazırda 42 xalla Premyer Liqada 12-ci pillədə qərarlaşan kollektivin qarşıya qoyulan məqsədlərə çatmaması Hounun klubdakı aqibətini həll edəcək.