Bayram günlərində paytaxt yollarında yağan yağışla əlaqədar qeydə alınan qəzalar maddi zərər, yollarda itirilən vaxt və ciddi nəqliyyat sıxlığı ilə nəticələnib. Bəzi sürücülərin yol hərəkəti qaydalarına laqeyd yanaşması nəticəsində elə onların özləri bu cür arzuolunmaz vəziyyətlərlə üzləşiblər.

Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, bayram günlərində yağışlı hava şəraitində qeydə alınan bu hadisələrin baş vermə səbəbləri eynidir.

Belə ki, qəzalara başlıca səbəb kimi sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin hava və yol şəraitinə uyğun saxlanılmaması, həmçinin manevretmə qaydalarının pozulması göstərilir. Qurum sürücülərə xəbərdarlıq edərək bildirir ki, yol hərəkəti qaydalarına səthi yanaşdıqda nəticəsi paylaşılan videodakı kimi ola bilər.