Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilib.

Postxronika.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına əsasən xəbər verir. 

Belə ki, bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.

Qeyd edək ki, dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də  yenilənib.