ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nicolas Maduroya qarşı həyata keçirilən hərbi əməliyyatı tərifləyib. Tramp Maduro’nun “öz rəqsi ilə mənim addımlarımı təqlid etməyə çalışdığını” söyləyib və “Mən kralam” deyib.

Postxronika.az xəbər verir ki, Tramp əməliyyatın “çox mürəkkəb” olmasına baxmayaraq “uğurla başa çatdığını” deyib. Tramp bildirib ki, əməliyyatda 152 təyyarə iştirak edib və heç bir ABŞ əsgəri itirilməyib. O,  həmçinin Maduronun Caracasda “işgəncə otaqları” qurduğunu bildirib.

Qeyd edək ki, Tramp  yeni ticarət siyasətləri və dərman qiymətlərinə diqqət çəkib, Fransa Prezidenti Emmanuel Makrona yumorla göndərmə edib.