ADY sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Postxronika.az "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına istinadla xəbər verir ki, 4 və 5 aprel tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Bildirilib ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.