Avropa Komissiyası tezliklə dondurulmuş Rusiya aktivlərindən yığılan 1,4 milyard avro həcmində gəliri Ukraynaya təhvil verəcək. Qurumun yaydığı bəyanata əsasən, bu məbləğ Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin nağd qalıqları üzrə faizlərindən formalaşan gözlənilməz mənfəətdir.

Postxronika.az xəbər verir ki, ayrılan maliyyə vəsaiti Ukrayna dövlətinə kömək göstərmək, mühüm ictimai xidmətlərin fəaliyyətini qorumaq və ölkə ordusunu dəstəkləmək məqsədilə yönəldiləcək. Məlumata görə, sözügedən tranzaksiya təşkilatın 2024-cü ildə Avropa depozitarlarından, xüsusən də Belçikanın "Euroclear" şirkətindəki Rusiya aktivlərindən topladığı gəlirlərin dördüncü hissəsini təşkil edir.