Paytaxt Bakıda hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi müvəqqəti olaraq endirilib. Belə ki, Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına istinadən bildirilir. Qurumun əməkdaşları tərəfindən yollardakı məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib və eyni zamanda bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb.

NİİM sürücülərdən yollarda diqqətli olmağı və təhlükəsizlik məqsədilə müəyyən olunan yeni sürət həddinə qaydalarına əməl etmələrini xahiş edir.