ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində İrana qarşı aparılan hərbi kampaniyanın uğurla davam etdiyini və strateji vəzifələrin icrasının yekunlaşdığını bəyan edib.

Postxronika.az xəbər verir ki, dövlət başçısı Amerika silahlı qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirərək, ordunun "qeyri-adi" performans nümayiş etdirdiyini vurğulayıb. O, hərbi baxımdan bənzərsiz bir mərhələnin yaşandığını və mühüm hədəflərin tamamlanmaq üzrə olduğunu bildirib.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail tərəfindən başladılan hücumlar nəticəsində Tehran da daxil olmaqla bir çox şəhər zərbələrə məruz qalıb. Ağ Ev bu addımı nüvə və raket təhdidləri ilə əsaslandırsa da, cavab olaraq bölgədəki bir neçə xarici hərbi baza hədəf alınıb. Gərginlik fonunda İranın ali rəhbərliyində ciddi itkilərin olduğu qeyd edilir.