Paytaxtımızdakı "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci zirvə toplantısı öz işini yekunlaşdırıb.
Postxronika.az xəbər verir ki, tədbirdə çıxış edən Baş nazir Əli Əsədov iqtisadi-ticari, nəqliyyat və enerji sahələrində səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb. O, tərəfdaş ölkələr arasındakı qardaşlıq bağlarının və qarşılıqlı etimadın əməkdaşlığı daha da dərinləşdirdiyini xüsusi vurğulayıb. Toplantının nəticəsi olaraq, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən birgə bəyanat imzalanıb.
Qeyd edək ki, beynəlxalq tədbirdə üzv və müşahidəçi dövlətlərin yüksək səviyyəli rəsmiləri iştirak edərək logistik əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Xatırladaq ki, hökumət rəhbərlərinin ilk görüşü ötən ilin sentyabrında Qırğızıstanda baş tutmuşdu.