Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinin icrası Xalq artisti Şəfiqə Məmmədovaya həvalə olunub.
Postxronika.az xəbər verir ki, bu barədə qurumun katibi Baba Vəziroğlu məlumat verərək, birinci katibin hazırda bütün rəhbərlik səlahiyyətlərini yerinə yetirdiyini bildirib. O, yeni sədr seçkisi üçün qurultayın çağırılmasının bir neçə ay, hətta bir il çəkə biləcəyini və bu məsələnin katiblik səviyyəsində müzakirə ediləcəyini qeyd edib. Qurum rəsmisi hazırkı mərhələdə tələsməyə ehtiyac olmadığını vurğulayıb. Xatırladaq ki, ittifaqın sabiq sədri Rasim Balayev martın 29-da müalicə olunduğu Türkiyədə dünyasını dəyişib. Hazırda təşkilatın cari və perspektiv fəaliyyətinə Şəfiqə Məmmədova başçılıq edir.