Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq sədri Rasim Həsənovun qanunsuz əməlləri ilə bağlı aparılan istintaq yekunlaşdırılıb. 

Postxronika.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən hazırlanan cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Məlumata görə, R.Həsənov 2021-2025-ci illərdə hərbi qulluqçuların tərxis olunması müqabilində vətəndaşlardan külli miqdarda rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunur.

Toplanmış sübutlar əsasında sabiq vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işində iştirakı olan digər şəxslərlə bağlı araşdırmalar ayrıca icraatda davam etdirilir. Keçmiş rəisi təkrarən rüşvət alma və ağır nəticələrə səbəb olan səlahiyyətdən sui-istifadə maddələri ilə uzunmüddətli həbs cəzası gözləyir.