Aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə edilən cızma-qaralar və yazılan müxtəlif ifadələr artıq təmizlənib. Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa müddət ərzində həmin barbarlıq aktının fəsadları aradan qaldırılıb və binanın ilkin görünüşü tamamilə bərpa olunub.

Postxronika.az xəbər verir ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən və paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən əsas tarixi abidələrdən biridir. Bir daha xatırladılır ki, bu cür abidələrin qorunması hər kəsin mənəvi borcu olmaqla yanaşı, həm də Azərbaycan Respublikası qanunvericiliyinin birmənalı tələbidir.