Ağdaş rayon sakini, 28 yaşlı Söygülü Yusibova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha evə geri qayıtmayıb.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata istinadən xəbər verir ki, itkin düşən S.Yusibovanın xarakterik əlamətləri bunlardır: boyu 163 sm, arıq bədən quruluşludur. O, evdən çıxan zaman əynində qara şalvar və yaşıl rəngli gödəkçə olub.
Şəkildəki şəxsi görənlərdən və onun yeri haqqında hər hansı məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, habelə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat vermələri xahiş olunur. Həmçinin, vətəndaşlar Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-451-69-52 mobil nömrələrinə zəng edərək əlaqə saxlaya bilərlər.