Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə müsahibəsində Birləşmiş Ştatların hazırkı siyasi kursunu sərt tənqid edib. O bildirib ki, Vaşinqtonun müstəsnalıq və güc tətbiqinə əsaslanan yanaşması qlobal miqyasda silsilə problemlərə yol açır.

Postxronika.az xəbər verir ki, diplomat bu cür hegemonluq cəhdlərinin dünyanı çətin sınaqlar dövrünə sürüklədiyini diqqətə çatdırıb. Ryabkov vurğulayıb ki, rəsmi Moskva beynəlxalq hüququn aliliyini və bölünməz təhlükəsizlik prinsipini qətiyyətlə müdafiə edir. Nazir müavini əlavə edib ki, heç bir dövlət öz maraqlarını digər ölkələrin təhlükəsizliyi bahasına təmin etməməlidir.