Cümə günü səhər saatlarında Rusiyanın Leninqrad vilayəti üzərində Ukraynaya məxsus yeddi pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Postxronika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko özünün sosial şəbəkə hesabında məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, zərərsizləşdirilmiş dronların qırıntıları Vsevolojsk rayonu ərazisinə düşüb. Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Tibbi müayinədən sonra yaralıların həyatı üçün heç bir təhlükənin olmadığı müəyyənləşib. Qeyd edək ki, bölgə rəhbəri daha öncə hava məkanında dörd düşmən aparatının ələ keçirildiyini bəyan etmişdi.