Cennaro Qattuzonun İtaliya yığmasının sükanı arxasından göndəriləcəyi təqdirdə, onu Antonio Konte, Massimiliano Alleqri və ya Roberto Mançininin əvəzləyəcəyi gözlənilir.

Postxronika.az xəbər verir ki, hazırda müvafiq olaraq "Napoli" və "Milan"a rəhbərlik edən Konte ilə Alleqri yalnız aydın, uzunmüddətli layihə təklif ediləcəyi halda milli komandaya gəlməyə razılıq verə bilərlər. Lakin hər iki mütəxəssisin öz klubları ilə olan mövcud müqavilələrinə xitam verilməsi o qədər də asan proses hesab edilmir. Qətərin "Əl Sədd" komandasında işləyən sabiq çalışdırıcı Mançini isə 2018-2023-cü illərdə rəhbərlik etdiyi yığmaya qayıtmağa tam hazırdır və onun hazırkı klubu ilə vidalaşması heç bir çətinlik yaratmayacaq. Xatırladaq ki, mətbuatda məşqçi dəyişikliyi iddiaları "Skuadra Adzurra"nın 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off duelində Bosniya və Herseqovinaya məğlub olaraq (1:1, penaltilər seriyasında 1:4) mundialdan kənarda qalmasından sonra yaranıb.