Rəsmi Bakı və Nyu-Dehli ikitərəfli siyasi münasibətlərdə etimadın yenidən yaradılması istiqamətində mühüm addımlar atmağa başlayıb. Postxronika.az xəbər verir ki, bu barədə "Ekonomik Tayms" nəşri məlumat yayıb. Cari həftə ərzində Bakıda hər iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində idarələrarası məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur. Görüşlər çərçivəsində yüksək rütbəli Hindistan nümayəndə heyətinin qarşılıqlı əlaqələri gücləndirəcək strateji tədbirləri müzakirə edəcəyi gözlənilir. Diplomatik yaxınlaşma Hindistanın təxminən 200 vətəndaşının İrandan təxliyəsinə Azərbaycanın göstərdiyi dəstəyə görə rəsmi minnətdarlıqdan sonra intensivləşib. Tərəflər regional münaqişələr fonunda humanitar əməkdaşlığı siyasi dialoqun inkişafı üçün əsas zəmin kimi qiymətləndirirlər.