Bakı Metropolitenində sərnişin axınının intensivləşməsi ilə əlaqədar qatarların hərəkət qrafiki yenidən optimallaşdırılıb.
Postxronika.az xəbər verir ki, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi sayəsində pik saatlarda "28 May–Əhmədli" istiqamətində qatarların sayı saatda 36 cütə çatdırılıb. Eyni zamanda, günorta saatlarında sərnişin sıxlığını azaltmaq məqsədilə müəyyən zaman kəsiklərində intervallar 2 dəqiqəyədək endirilib. Səhər və axşam saatlarında isə yüklənmənin çox olduğu stansiyalara xüsusi olaraq sərnişinsiz ehtiyat qatarlar verilir. Bu addımlar infrastruktur imkanları daxilində sərnişindaşıma keyfiyyətini yüksəltmək və platformalardakı sıxlığı tənzimləmək məqsədi daşıyır. Həyata keçirilən yeniliklər son 5 ilin rekord sərnişin göstəriciləri fonunda xidmət səviyyəsinin artırılmasına xidmət edir.