Dünyanın müxtəlif nöqtələrində yaşanan hərbi münaqişələr, mürəkkəb geosiyasi proseslər və iqtisadi böhranlar regional əməliyyat şəraitini ciddi şəkildə dəyişir.
Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev peşə bayramı münasibətilə təşkil olunmuş mərasimdə məlumat verib.
Xidmət rəhbəri dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə müasir təhdidlərə dərhal reaksiya vermək iqtidarında olan xüsusi orqanların formalaşdığını vurğulayıb. Çıxış zamanı milli təhlükəsizliyin qorunması məqsədilə gələcəkdə də bütün resursların tam səfərbər ediləcəyi diqqətə çatdırılıb. Hazırkı qlobal çağırışlar fonunda ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi prioritet istiqamət kimi qeyd olunub. Sonda dövlət maraqlarının etibarlı müdafiəsi naminə görülən işlərin intensivləşdiriləcəyi bildirilib.