Qlen Klouz xüsusi mərasimlə təltif olunacaq. Tədbir mayın 1-də "TCM Classic Film Festival" çərçivəsində tarixi kinoteatrın qarşısında baş tutacaq. 79 yaşlı aktrisa bu fəxri ada zəngin yaradıcılıq yoluna və dünya kinosuna verdiyi töhfələrə görə layiq görülüb.
Postxronika.az xəbər verir ki, festival günlərində sənətçinin baş rol ifa etdiyi "Təhlükəli əlaqələr" dramı da nümayiş etdiriləcək. Səkkiz dəfə "Oskar" mükafatına namizəd olan ulduz bu vaxta qədər bir çox nüfuzlu mükafatlar qazanmağa nail olub. O, festival tarixində bu xüsusi mərasimdə iştirak edən sayca 13-cü dünya şöhrətli kino xadimi olacaq. Analoji ehtiram ötən il tanınmış sənətkar Mişel Pfayfferə də göstərilmişdi. Aktrisanın pərəstişkarları may ayındakı bu tarixi günü səbirsizliklə gözləyirlər.
Aprelin 30-da start götürəcək kino marafonu mayın 3-dək müxtəlif tədbirlərlə davam edəcək. "Dünya Hollivuda gəlir" şüarı altında keçirilən layihədə digər tanınmış simaların da xidmətləri xüsusi qeyd olunacaq. Proqramın əsas qayəsi klassik ekran əsərlərinin irsini qorumaq və istedadlı şəxsiyyətləri yenidən tanıtmaqdır. Təntənəli mərasim kino aləminin qızıl dövrünə olan marağı bir daha canlandıracaq.