ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh istəyir və komandası bu məqsədə nail olmaq üçün bütün imkanlarını səfərbər edəcək.

Postxronika.az xəbər verir ki, bu barədə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff jurnalistlərə açıqlamasında bildirib.

Uitkoff qeyd edib ki, ABŞ nümayəndələrinin görüşləri nəticəsində böyük irəliləyiş əldə olunub və yaxın gələcəkdə daha da irəliləyiş gözlənilir. “Biz əsasən təhlükəsizlik protokollarını tamamlamışıq ki, Ukrayna xalqı konfliktin sona çatdığını və bunun qalıcı olacağını başa düşsün. Həmçinin tərəflərin iqtisadi sahədə razılığa yaxın olduğunu düşünürük”, – deyə o əlavə edib.