Azərbaycan Prezidentinin tapşırığına əsasən, İrana dəstək məqsədilə yola salınan üçüncü humanitar yardım karvanı artıq təyinat nöqtəsinə çatıb.
Postxronika.az xəbər verir ki, yardım yükünü daşıyan nəqliyyat vasitələri Azərbaycan-İran sərhədinə daxil olublar.
Məlumata görə, yük avtomobilləri hazırda "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsində qeydiyyat prosedurlarından keçirlər.
Bu addım iki ölkə arasındakı humanitar əməkdaşlığın və çətin məqamlarda qarşılıqlı dəstəyin növbəti göstəricisidir.