İran və regiondakı hərbi gərginlik fonunda strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı yeni qərar açıqlanıb. 

Postxronika.az "Al Alam" telekanalına istinadən xəbər verir ki, İraq boğazdan keçidlə bağlı tətbiq edilən bütün məhdudiyyətlərdən azad olunub. İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı qonşu dövlət üçün istisna tətbiq edildiyini, qadağaların isə yalnız düşmən ölkələri əhatə etdiyini bəyan edib. Fevralın sonundan etibarən bölgədə başlayan genişmiqyaslı hərbi qarşıdurma mühüm nəqliyyat qovşaqlarında hərəkətin məhdudlaşdırılmasına səbəb olmuşdu. Hazırda bir sıra region ölkələri təhlükəsizlik mülahizələri ilə hava məkanını qapalı saxlamağa davam edir. Bu addım gərgin vəziyyətdə İraqın dəniz logistikasını asanlaşdırmaq məqsədi daşıyır.