Erməni terrorunun əsas simalarından və ideoloqlarından biri olan yazıçı Zori Balayan dünyasını dəyişib.

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu Hayk Balayan ictimaiyyətə açıqlayıb.

Zori Balayan 1980-ci illərdə yazdığı "Ocaq" əsəri ilə tarixi faktları təhrif edərək Qarabağ münaqişəsinin qızışdırılmasında və türkofobiya ideyalarının yayılmasında mühüm rol oynamışdı. O, Xocalı soyqırımının əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, 1994-cü ildə Bakı metrosunda törədilən qanlı terror aktının sifarişçisi kimi də tanınırdı. Bu cinayət əməllərinə görə Azərbaycanda barəsində cinayət işi açılmış və uzun müddət beynəlxalq axtarışa verilmişdi. Onun ölümü ilə regionda nifaq toxumu səpən radikal millətçiliyin ən qatı nümayəndələrindən biri tarixə qovuşdu.