Yaxın Şərqdə genişlənən hərbi gərginlik regionun gələcəyini müəyyən edən yeni bir mərhələyə qədəm qoyub. Qərb və İsrail tərəfindən tətbiq edilən kütləvi təzyiqlər İranın dövlət sistemini sarsıtmağa hesablansa da, ölkənin nümayiş etdirdiyi daxili vəhdət və unikal idarəetmə mexanizmi bu planları hədəfsiz qoyur.
İndi mübarizə sadəcə hərbi arsenalın gücü ilə deyil, həm də ideoloji və informasiya müstəvisində gedir. ABŞ daxilindəki siyasi böhran və qlobal etirazlar fonunda, tərəflərin qətiyyəti regionun taleyini həll edən əsas amilə çevrilib. Bu qarşıdurmada hərbi zərbələrin miqyası artsa da, strateji üstünlüyün hansı tərəfdə qaldığı artıq daha aydın görünməkdədir.
 
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov
Postxronika.az-a açıqlamasında bildirib ki, biz elə fevralın 28-dən silsilə şəkildə İranın ali rəhbərlərinin, hərbçilərinin ləğvinin şahidi iyk — yəni sözün əsl mənasında onlara qarşı terror sistemi tətbiq edilir.
Çünki bu ilk dəfədir belə kütləvi bir tərzdə ya bu miqyasda tətbiq olunan texnologiyadır. Yəni o nəyə hesablanmışdı? Ona hesablanmışdı ki, ölkə başsız qalsın. Ölkənin siyasi, dini, hərbi rəhbərləri artıq yox edildikdən sonra sistem pərən-pərən olsun, dağılsın və İsrail, eləcə də Amerika Birləşmiş Ştatları azad bir şəkildə ora qədəm qoysunlar, yeni hakimiyyət qursunlar və onlara uyğun olan bir rejim hakimiyyətə gəlsin.
Amma bu çox böyük bir yanlış yanaşma idi. Hələ bu azmış kimi ki, belə terror yanaşması ümumiyyətlə qeyri-məqbuldur, o dünya tərəfindən dəstəklənmir, məhkum edilir. Digər tərəfdən isə İran xalqının bu məsələyə əzmi, mübarizliyi cavab oldu. Nə sistem dağılır, nə hakimiyyət dəyişikliyi baş verir, nə ölkə parçalanır. Yəni düşmənlərin, İran düşmənlərinin qarşıya qoyduğu məqsədlər heç biri hədəf kimi özünü doğrultmadı, onlara nail olmaq mümkünsüzdür və eləcə də İran bütün proseslərdə öz mövqeyini qətiyyətlə göstərir və həm də istəyini diktə eləyir.
Sözçünün birinin getməsinin əvəzinə o birisi gəlməsi elə bir böyük hadisə deyil. Yəni istənilən kürsüdə əgər bu günləri mən oturmuşamsa, məni ləğv eləyirlərsə, dərhal mənim yerimə təzəsi gəlir. Yəni dörd-beş səviyyəli burda rotasiya sistemi tətbiq olunur. Yəni dünyada unikal, misli-bərabəri olmayan mexanizmlər və modellər İran tərəfindən tətbiq edilir. Və bu da bu ölkənin idarə olunmasında çox nadir bir sxemin artıq təşəkkül tapmasını bizə göstərir. Fərqi yoxdur, yəni ola bilsin ki, aradan götürülən yüksək rütbəli zabitdir, onun yerinə bir qədər aşağı səviyyədə olan bir məsələn dörd ulduzun yerinə üç ulduzlu gəlsin ya üç ulduzlunun yerinə iki ulduzlu gəlsin, bu mahiyyəti dəyişmir.
Məsələ ondadır ki, yəni həm siyasi cəhətdən, həm elmi-texniki cəhətdən, həm ideoloji cəhətdən İran bu qarşıdurmada artıq qalib gəlir. Bunu Qərb demək təhlilçilər, siyasətşünaslar cameəsi birmənalı bildirir ki, hələ top-tüfəng qalsın bir yana, raket sistemləri qalsın bir yana, dronlar qalsın bir yana, amma ideoloji informasiya qarşıdurmasında artıq Qərb və İsrail uduzur. Uduzur və onlar tərəfindən təşəbbüsü ələ keçirmə imkanları da hələ ki sıfıra bərabərdir. Və bütün dünyada artıq simpatiyalar demək olar ki, İran tərəfə keçib, Hizbullah tərəfə keçib. Çünki Hizbullah da amansız tərzdə döyüşlər aparır İsrailə qarşı. İsrail və Amerika Birləşmiş Ştatlarının siyasətinə qarşı isə artıq demək olar ki, çox böyük etiraz dalğası başlayıb. Amerikanın böyük şəhərlərində — Bostonda, Filadelfiyada, Vaşinqtonda, Nyu-Yorkda, Baltimorda — hamısında milyonlarla insanlar artıq bir neçə gün əvvəl bayıra çıxdılar, müharibəyə etirazlarını bildirdilər və onların niyyəti ondan ibarətdir ki, müharibə dərhal dayandırılmalıdır. Bu müharibəni əlbəttə ki, İsrailnən Amerika başladı, yəni İran hücuma məruz qalmışdı. Və indi də bəlli olur ki, bu hücumun əvvəl bir məqamından nə normal planı olub, nə proqram yanaşma tətbiq olunub, nə də hədəflər bəllidir.
Yəni ümumi şəkildə hədəflər barədə mən danışdım ki, sistemi dağıtsınlar, hakimiyyəti çevirsinlər, yeni adamları gətirsinlər və s. Yəni bunlar belə baxanda siyasi cəhətdən hədəf sayıla bilər, amma hərbi-texniki cəhətdən isə bunlar hədəf sayıla bilməz. Çünki belə iş görülmür və ona görə də biz görürük son günlər ərzində — elə iki gün əvvəl, dünən — Amerika Birləşmiş Ştatlarında yüksək rütbəli hərbçilər istefaya göndərildi, sonra Ədliyyə naziri istefaya göndərildi, sonra bir neçə vacib dövlət qurumlarının rəhbərləri dəyişdirildi. Və bu ondan xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının daxilində artıq çox dərin bir böhran yaşanır. Trump administrasiyası artıq demək olar ki, proseslərə nəzarəti bir növ itirmiş olur və insanlar da bu məsələni başa düşərək artıq öz etiraz səslərini gizlətmirlər, əksinə çox uca dan da göstərirlər.
Odur ki, yəni sizin sualınıza cavab olaraq bu yerdəyişmə auditoriyanı — daxili auditoriyanı sakitləşdirməyə, yoxsa xarici rəqiblərə güc nümayiş etdirməyə hesablanıb? Nə mənimlə razılaş, nə biridir, nə də ikincisidir. Birinci tərəfdən yəni İran cəmiyyəti vəhdətdədir, hamı hakimiyyətin yanında və bayrağın yanındadır. Bəli, dağıntılar həddən artıq böyük miqyas alıb, ölənlərin sayı çoxdur, vətəndaş obyektləri vurulur. Xüsusilə də burda o azğınlığı İsrail təyyarələri göstərir. Amma buna baxmayaraq İran da İsrailin bütün şəhərlərinin hamısını ballistik raketlərlə məhv edir. Petax-Tikva, Təl-Əviv, Aşdod, Hayfa — hamısına zərbələr endirilir və İsraildə sərt senzura tətbiq olunduğundan ölənlərin də sayı bəlli deyil, dağıntıların da miqyası. Amma bu əsas məsələ deyil, əsas məsələ odur ki, bu müharibədə İran əks-hücumda olaraq daha təsirli zərbələri etməkdə davamlıdır və həm də onun raket potensialı tükənməyib.
Və o ki qaldı daxildəki sakitləşdirmə məsələsinə, xeyr, o heç burda rol oynamır. Çünki daxildə insanlar hamısı bir məqsəd ətrafında birləşib. Hakimiyyətin yanındadırlar dediyim kimi, həm də bayrağın yanındadırlar. Və nəhayət rəqiblərə də dair güc tətbiq etmək də bundan artıq olmur ki, görürsüz Amerika Birləşmiş Ştatlarının deməli Fars körfəzi ətrafındakı donanması daim hərəkətdədir, yerdəyişmə ilə məşğuldur ki, artıq İran raketlərinin hədəfinə çevrilməsin. Avraam Linkolnu yenə də dörd raketdən İran dünənləri vurub. Bu onu göstərir ki, bəli, demək İranı belə deyək də tərksilah etmək istəyənlər artıq özləri çox təhlükəli bir anları yaşayırlar və onların da ön xətdə olan bütün üzən vasitələri, uçan vasitələri — hələ dünənləri iki təyyarə və bir helikopter vuruldu — onu göstərir ki, bəli, İran çox güclü rəqibdir və Amerikanın diktəsinə, İsrailin istəyinə heç vaxt təslim olmayacaq. Və mənə elə gəlir ki, ağ bayrağın qaldırılmasına məsələ gəlib çatsa, mən elə düşünürəm ki, bu İran olmayacaq.